21:20 02 Dekabr 2019 33
Ana səhifə Xəbərlər

Mobil applikasiya vasitəsilə 22 mindən çox vətəndaş elektron etibarnamə alıb

“Nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsinə maraq çox böyükdür”.

APA TV-nin məlumatına görə, bunu elektron etibarnamə sisteminin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin şöbə müdiri Ağakərim Səmədzadə bildirib.

Onun sözlərinə görə, elektron etibarnamə sistemi ilə bağlı mobil applikasiya noyabrın 22-də - Ədliyyə işçilərinin peşə bayramı günü istifadəyə verilib: "Bu gündən etibarən isə myGov.az portalında da elektron etibarnamə sistemi istifadədədir. 10 gün ərzində mobil applikasiya vasitəsilə artıq 22 mindən çox vətəndaş elektron etibarnaməyə müraciət edib. Prosedur çox sadədir. Sorğunun qəbulu, emalı və cavablandırılması cəmi 5 dəqiqə vaxt çəkir".

Xatırladaq ki, sözügedən etibarnamələr üçün dövlət rüsumu 11,50 qəpikdir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın