18:40 19 Fevral 2020 151
Ana səhifə Xəbərlər

MSK 10 məntəqədə seçkilərin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

APA TV-nin məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılıb.

Bildirilib ki, 30 saylı Suraxanı Birinci, 47 saylı Mingəçevir və 90 saylı Ağdaş Seçki Dairəsindəki bəzi məntəqələrdə pozuntular aşkar edilib. Ümumi sayı 10 olan həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib, lakin bu, seçkilərin nəticələrinə təsir etməyib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın