13:20 20 Fevral 2020 127
Ana səhifə Xəbərlər

MSK 23 məntəqədə seçkilərin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha bir neçə Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb.

APA Tv xəbər verir ki, iclasda 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11, 107 saylı Qazax Seçki Dairəsindən 1, 57 saylı Kürdəmir Seçki Dairəsindən 5, 11 saylı Qaradağ Seçki Dairəsindən 1, 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən 1 və 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 4 məntəqəsində səsvermənin nəticəsi etibarsız sayılıb.

Daha sonra iclasda 99 saylı Şəmkir Kənd, 27 saylı Sabunçu İkinci, 121 saylı Laçın Seçki dairələrindən daxil olmuş müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsinə qərar verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın