20:28 13 Fevral 2020 551
Ana səhifə Xəbərlər

MSK-dan sərt qərarlar: 4 seçki dairəsində nəticələr ləğv olundu, 17 dairədə isə...

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

APA TV-nin xəbərinə görə, tədbirdə ATƏT/DTİHB Seçki Müşahidə Missiyasının sədri Peter Teyler müşahidəçilərdən Aygün Attarın akkreditasiyasının ləğv olunması məsələsinə baxılıb və Aygün Attarın akkreditasiyası ləğv olunub.

Daha sonra keçirilən müzakirələr nəticəsində 80 saylı İmişli-Beyləqan Seçki Dairəsində (lider namizəd Çingiz Qənizadə), 35 saylı Xətai Üçüncü Seçki Dairəsidə (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran Kənd Seçki Dairəsində (lider namizəd Hadı Rəcəbli) və 33 saylı Xətai Birinci Seçki Dairəsində (lider namizəd Hüseynbala Mİrələmov) parlament seçkilərinin nəticələri ləğv olunub.

Bundan başqa, MSK 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd olan Əbil Məmmədovun, 81 saylı Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Anar Məmmədov və digər şəxslərin şikayətinə baxıb və 4 Seçki Dairəsi - 14 saylı Xəzər (lider namizəd Soltan Məmmədov), 42 saylı Sumqayıt İkinci (lider namizəd Tahir Mirkişili), 72 saylı Yardımlı-Masallı (lider namizəd Musa Qasımlı) və 95 saylı Tərtər (lider namizəd Sahib Alıyev) Seçki dairələri üzrə müraciəti prosedur qaydalarına uyğun olaraq baxılmaq üçün müvafiq Dairə Seçki komissiyalarına göndərib.

İclasda həmçinin MSK Milli Məclisə seçkilərlə əlaqədar daha 13 Seçki Dairəsi - 10 saylı Binəqədi Üçüncü (lider namizəd Madər Musayev), 15 saylı Yasamal Birinci (lider namizəd Ülvi Quliyev), 28 saylı Sabunçu Üçüncü (lider namizəd Eldar Quliyev), 45 saylı Abşeron (lider namizəd Oqtay Əsədov), 50 saylı Abşeron-Qobustan (lider namizəd Şahin Seyidzadə), 60 saylı Salyan-Neftçala (lider namizəd Fəzail Ağamalı), 67 saylı Cəlilabad Şəhər (lider namizəd Malik Həsənov) 79 saylı İmişli (lider namizəd Razi Nurullayev), 90 saylı Ağdaş (lider namizəd Cavid Osmanov), 92 saylı Zərdab-Ucar (Jalə Əliyeva), 109 saylı Balakən (Nəsib Məhəmməliyev), 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd (lider namizəd Elman Məmmədov) və 125 saylı Zəngilan-Qubadlı (lider namizəd İmamverdi İsmayılov) Seçki dairələri üzrə müraciəti prosedur qaydalarına uyğun olaraq baxılmaq üçün müvafiq Dairə Seçki komissiyalarına göndərib.

İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sosial şəbəkələrdə yayılan bütün dairələrdən olan məlumatları araşdırdığını deyib. Bildirib ki, komissiya nədən şübhələnirsə, onu çox ciddi şəkildə araşdırır. Çünki burada yayılan görüntülər MSK-ya daxil olan müraciətlərdə də öz əksini tapır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın