16:40 13 Noyabr 2019 29
Ana səhifə Xəbərlər

MSK Gəncədə tədbir keçirdi

Mərkəzi Seçki Komissiyası (MSK) Gəncədə seminar-müşavirə keçirib.

APA TV-nin qərb bürosunun məlumatına görə, maarifləndirmə xarakterli tədbir dekabrın 23-ə təyin olunan Bələdiyyə seçkiləri ilə əlaqədar təşkil olunub.

Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda MSK katibi Mikayıl Rəhimov, Ali Məhkəmənin hakimi Rahib Nəbizadə ,Gəncə Apellyasiya Məhkəməsin sədri Tapdıq Mahmudov, MSK üzvü Fuad Cavadov və 26 region üzrə Dairə seçki komissiyaları sədrləri çıxış edib.

Həmçinin “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlar keçirilib.

Seminar-müşavirələrin bütün Dairə seçki komissiyalarını əhatə etməsi nəzərdə tutulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın