10:00 07 Dekabr 2019 93
Ana səhifə Xəbərlər

MSK Milli Məclisə növbədənkənar seçkilər üzrə Təqvim Planını təsdiqləyib

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiqləyib.

APA TV-nin məlumatına görə, Təqvim Planına əsasən, passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı rəsmi dərc olunduqdan sonra başlayır.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın iclasında çıxışı zamanı bildirib ki, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Komissiyanın nəzdində ekspert qrupu yaradılması məsələsinə də baxılacaq:

“Məcəllədə “məntəqənin açıq elan edilməsi” məsələsinə gəlincə isə, o ifadə “seçkilər üçün açıq elan edilməsi” kimi əvəz edilsə, yaxşı olar. Çünki o, bir prosedurdur və Seçki Məcəlləsinin bir tələbində göstərildiyi kimi olmalıdır. Əvvəl qapı açılıb camaat içəri buraxılıb ki, insanlar 7:30-dan orda camaat o işləri görsün. Bu, qeyri-rəsmi məntəqənin açıq olması deməkdir”.

Dairə seçki komissiyası müvafiq sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarını qəbul edəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-u, bazar gününə təyin edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın