16:40 13 Yanvar 2020 634
Ana səhifə Xəbərlər

MSK-nın “Seçki-2020” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb

Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb.

APA TV-nin məlumatına görə, MSK sədri Məzahir Pənahov və Komissiyanın üzvləri Seçki-2020 Müstəqil Media Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Məzahir Pənahov sözügedən mərkəzin əvvəlki seçkilərdə uğurla sınaqdan keçirildiyini bildirib: “Bu, seçkilərlə bağlı qəbul edilmiş bir standartdır. Dünyanın müxtəlif ölkələrində imkan daxilində çalışırlar ki, belə şərait yaratsınlar. Ötən seçkilərdə yaratdığımız mətbuat mərkəzimizlə bağlı yalnız xoş sözlər eşitmişik. Mərkəz həmişə öz funksiyasını yüksək səviyyədə yerinə yetirib. İnanıram ki, bu dəfə də elə olacaqdır”.

MSK sədri mərkəzdə bütün namizədlər üçün eyni şəraitin yaradıldığını xüsusi vurğulayıb: “Məlumatlarını çatdırmaq, tərəfdarlarını səfərbər etmək, öz platformalarını işıqlandırmaq üçün bütün namizədlərə şərait yaratmalıyıq. İstəyirlərsə, gəlib burada mətbuat konfransları keçirib öz fikirlərini buradan ictimaiyyətə çatdıra bilmələri üçün bu şərait yaradılıb”.

Qeyd edək ki, Milli Məclisə seçkilər ərəfəsində Müstəqil Media Mərkəzinin www.secki-2020.az internet səhifəsi Azərbaycan, rus və ingilis dillərində fasiləsiz olaraq fəaliyyət göstərir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın