00:40 26 Fevral 2020 220
Ana səhifə Xəbərlər

MSK parlament seçkiləri ilə bağlı yekun qərarını verdi

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə yekun vurub. Növbəti dəfə keçirilən iclasda bir neçə seçki dairəsindən daxil olmuş müraciətlərə baxılıb.

APA Tv xəbər verir ki, iclasda 27 saylı Sabunçu II Seçki Dairəsinin 1, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsinin 9, 110 saylı Zaqatala seçki dairəsinin 2, 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki dairəsinin 2, 19 saylı Nərimanov Birinci Seçki dairəsinin 10, 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin 2, 11 saylı Qaradağ Seçki dairəsinin 1, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin 4, 91 saylı Ucar Seçki Dairəsinin 3, 101 Göygöl-Daşkəsən Seçki Dairəsinin 5, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 1 seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb.

Ümumilikdə 87 seçki məntəqəsi və məntəqə seçki komissiyaları buraxılıb.

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolu təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədlər təqdim edildikdən sonra Konstitusiya Məhkəməsi 10 gün ərzində seçkilərin yekunlarını və nəticələrini yoxlayacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın