20:40 08 Oktyabr 2019 28
Ana səhifə Xəbərlər

MSK: Yeni seçki məntəqələri yaradılacaq

“Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq”.

APA TV-nin məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib. Komissiyanın qərarı ilə 14 saylı Xəzər və 28 saylı Sabunçu üçüncü seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə seçki məntəqələri yaradılacaq.

İclasda həmçinin 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının tərkibində də dəyişiklik edilib.

Oktyabrın 11-də isə Bakı şəhərində MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə, 15-17 oktyabrda isə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.

Gündəliyə daxil edilən məsələlər səsverməyə çıxarılaraq qəbul edilib. İclas cari məsələlər ətrafında müzakirələrlə davam edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın