10:37 14 Sentyabr 2020 200
Ana səhifə Xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub.


Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Ermənistanın Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuzun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Tərtərin işğal altında olan Göyarx, Çiləbürt, Ağdamın Yusifcanlı, Füzulinin Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayılın Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın