11:10 18 Oktyabr 2020 105
Ana səhifə Xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.

Bu gün səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın