15:20 31 Mart 2020 888
Ana səhifə Xəbərlər

Müdafiə Nazirliyi müddətli hərbi qulluqçuların nə vaxt tərxis olunacağını açıqlayıb

“Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsi ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır”.

Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin məlumatında deyilir ki, bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.

Həmçinin nazirlikdən bildirilib ki, hazırda ordunun şəxsi heyətinin çox az faizini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təşkil edir: “Bütün döyüş təminatını müəyyən edən vəzifələrdə zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmət keçir. Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək”.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın