18:25 26 Sentyabr 2020 254
Ana səhifə Xəbərlər

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

Nazirlikdən APA TV-yə verilən məlumata görə, Müdafiə naziri Zakir Həsənovun əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub.

Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın