18:54 09 İyul 2020 501
Ana səhifə Xəbərlər

Müğənni Nəfəs karantin rejimi qaydasını pozdu

Bakıda xüsusi karantin rejimi qaydalarını pozan paltar mağazası aşkarlanıb.

APA TV-nin məlumatına görə, Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Binəqədi rayonu Abay Kunanbayev kuçəsi, "Bolluq" bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.

Mağaza sahibi, orada olan satıcılar və müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslər arasında müğənni Nəfəs də olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın