18:04 18 Oktyabr 2020 121
Ana səhifə Xəbərlər

Mustafa Şentop: "Dualarımız daim Azərbaycanladır"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Azərbaycana səfəri başlayıb.

APA TV-nin məlumatına görə, səfər çərçivəsində TBMM sədrinin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop jurnalistlərə açıqlamasında Azərbaycan bayrağının işğal altında olan torpaqlarda dalğalanması üçün dua etdiklərini bildirib: "Haqlı davasında Azərbaycanı dəstəklədiyimizi, aramızdakı münasibətlərin bənzəri olmayan bir münasibət olduğunu ifadə etdik. Bunları Bakıda da təkrar ifadə edəcəyik, bundan məmnunluq duyacağıq”.

Qeyd edək ki, TBMM sədrinin Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında çıxış etməsi nəzərdə tutulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın