12:38 25 Yanvar 2021 95
Ana səhifə Xəbərlər

Narkotik alverçisi cinayət başında tutuldu - ASTARADA

Astarada narkotik alverçisi cinayət başında tutulub.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini Bəxtiyar Quliyev 9 qramdan artıq tiryəki satarkən cinayət başında saxlanılıb. Onun üzərindən əlavə olaraq bir büküm heroin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Bəxtiyar Quliyevin yaşadığı evə keçirilən baxış zamanı oradan ümumi çəkisi 4 kiloqram 54 qram tiryək aşkarlanıb.

Qeyd edək ki, Bəxtiyar Quliyevin həmin narkotik vasitəni əldə etdiyi rayon sakini İmran Məmmədov da bir neçə gün əvvəl Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın