04:40 07 Dekabr 2019 179
Ana səhifə Xəbərlər

Narkotiki qayınanasının evində gizlətdi

Şəmkir polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfəri saxlayıb.

APA TV-nin qərb bürosunun xəbərinə görə, rayon polis şöbəsinə Qaracəmirli kənd sakini Tural Məmmədlinin üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxsi saxlayan polis əməkdaşları onun üzərindən 23 qram qurudulmuş marixuana aşkar edərək götürüblər. Tural Məmmədli ilkin ifadəsində marixuananı həmkəndlisindən aldığını deyib: “Eşitdim, həmkəndlim Şəhiryarda var. Ondan 50 manat verib bir kibrit qutusu aldım, istifadə etdim. Sonra da ikinci dəfə iki kibrit qutusu və bir bağlama alandan sonra polis əməkdaşları məni tutdu”.

Baş müstəntiq Elvin Gözəlovun sözlərinə görə, təxirəsalınmaz əməliyyat tədbirləri narkotiki satan Şəhriyar Rzayev də saxlanılıb. Onun yaşadığı evdən və qayınanasına məxsus mənzildən kibrit qutularında qablaşdırılan və sellofan torbada qurudulmuş marixuana aşkar edilib: “Şəhriyar Rzayevin öz evinə və qayınanasına məxsus evdən 73 ədəd kibrit qutusunda və sellofan torbada ümumi çəkisi 1 kiloqram 147 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb”.

Saxlanılan Şəhriyar Rzayev əməlini səmimi etiraf edib. O, satış məqsədilə narkotik vasitəni aqrotexniki qaydada əkib becərdiyini bildirib: “Öz bildiyim yerə basdırıb qulluq etdim. Böyüdüb qutuya doldurub satmaq istədim. O da heç nə, gəlib polislər tutdu”.

Saxlanılan hər iki şəxs barəsində cinayət işi başlanılıb. İstintaq aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın