13:08 23 Yanvar 2020 524
Ana səhifə Xəbərlər

Nasistlərin oğurladığı sənət əsərləri sahiblərinə qaytarılır – ALMANİYADAN NÜMUNƏVİ ADDIM

Hitler diktaturası dövründə nasistlərin qarət etdiyi incəsənət əsərləri İkinci Dünya müharibəsinin bitməsindən 75 il sonra qanuni sahiblərinin varislərinə qaytarılır.

APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, Parisdə yaşayan yəhudi mənşəli vəkil Arman Dorvillin kolleksiyasına aid üç əsər onun bacısının qız nəvəsinə təqdim olunub.

Adının açıqlanmasını istəməyən qadına əsərləri Almaniya hökumətinin mədəniyyət üzrə səlahiyyətli nümayəndəsi Monika Grütters təqdim edib. Xanım Grüttersin sözlərinə görə, almanlar törədilən qəddarlığın miqyasını anlayır və bilirlər ki, bunun acılarını heç nə ilə ört-basdır etmək olmaz. Sənət əsərlərinin sahiblərinə qaytarılması isə kiçik olsa da, doğru istiqamətdə atılan vacib addımdır.

Qaytarılan əsərlərə gəlincə, fransız rəssam Jan Lui Forrenin iki əsəri 2012-ci ildə Almaniyanın gömrük əməkdaşları tərəfindən Kornelius Qurlittin Berlindəki mənzilində aşkarlanıb. Konstanten Gisin əsəri isə əvvəllər Qurlittin saxlancında olub, sonra isə fərdi kolleksiyada qorunub. Kolleksiya sahibi onun mənşəyini bildikdən sonra geri qaytarmağa razılaşıb.

Ümumiyyətlə, Kornelius Qurlittə art-diler olan atası Hildebranddan 1500-ə yaxın sənət əsər miras qalıb. Bu əsərləri o, nasizm dövründə çox ucuz qiymətə yəhudilərdən alıb. Bu həftə qaytarılan əsrlər Fransanın işğalından sonra 1942-ci ildə Nitsa şəhərində keçirilən hərracda satılıbmış. O zaman sahibinə heç bir təzminat verilməyib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın