14:00 13 Noyabr 2019 71
Ana səhifə Xəbərlər

Nazir: “Sosial yardım alan ailələrin sayında..."

Gələn il Azərbaycanda sosial yardım alan ailələrin sayı açıqlanıb 85 minə çata bilər.

APA TV-nin məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri Sahil Babayev Milli Məclisdə bildirib: “2020-ci ildə ünvanlı sosial yardım proqramının icrasına ayrılan vəsaitin həcmi də 50 milyon manat və ya 29,2 faiz artırılır. Cari il ərzində ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 25 min artıb, bu da 100 min əlavə şəxs deməkdir. Gələn il 85 min ailənin - yəni təqribən 360-370 min insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunması proqnozlaşdırılır”.

Sahil Babayev qeyd edib ki, əhaliyə ödənişlərin məbləğində də artım gözlənilir. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın