10:00 30 Mart 2020 213
Ana səhifə Xəbərlər

Neftçala və Salyanda dezinfeksiyaedici tədbirlər davam etdirilir

Neftçala rayounda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, daha geniş ərazidə dezinfeksiya işlərini həyata keçirmək üçün prosesə iritutumli suçiləyici maşınlar cəlb edilib. Dezinfeksiya tədbirləri əhalinin sıx toplaşa biləcəyi məkanlarda, maqistral küçələrdə, park və xiyabanlarda, idarə və müəssisələrdə aparılır. Eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün sakinlər arasında geniş maarifləndirmə və təbliğat işləri də aparılır .

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Salyan rayonunun kommunal xidmət müəssisəsi də xüsusi gücləndirilmiş iş rejiminə keçib. İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Salyan Rayon İcra Hakimiyyəti yanında qərargah yaradılıb. Qərargah üzvlərinə göstərilən qadağalara əməl olunması barədə idarə, müəssisə rəhbərlərinin və sakinlərin məlumatlandırılması tapşırılıb. Məsələnin ciddiliyi nəzərə alınaraq Salyan rayonunun kəndlərində, idarə, müəssisə və təşkilatların inzibati binalarında, ictimai yerlərdə, yaşayış binalarında, giriş blokları və pilləkənlərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici məhlullarla yuyulur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın