15:20 06 Dekabr 2019 141
Ana səhifə Xəbərlər

Nizami yurdunda “Nəsimi ili” ilə bağlı aksiya - 10 MİN AĞAC

Gəncəlilər “Nəsimi ili” bağlı ağacəkmə aksiyasına həvəslə qoşulub.

APA TV-nin qərb bürosunun məlumatına görə, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının və Gəncə Dövlət Dram Teatrı kollektivləri aksiyaya qoşulmaqla yanaşı, çıxışlar da edib. Şəhər rəhbərliyi və digər rəsmi şəxslərlə bərabər, Gəncədəki təhsil müəssisələrində oxuyan tələbələr də fəal olub: “Biz də kollecimizin müəllim və tələbə kollektivi ilə iştirak eylədik. Belə aksiyaların təşkil olunması sevindiricidir”.

“Özüm bir neçə ağac əkdim. Əlbəttə ağac əkmək Azərbaycan ekologiyasına, təbiətə töhfədir. Hər kəs ağac əkməlidir”.

Ağacəkmə aksiyası şəhərin girişində - Nizami Gəncəvinin məqbərəsi ətrafında da həyata keçirilib. Aksiya zamanı əsasən Eldar şamı tingləri basdırılıb.

Saatlı rayonunda aksiya çərçivəsində 50 min ağac əkilib. Yaşıllıqlar parklarda, o cümlədən Hacıqabul-Horadiz avtomobil yolunun kənarlarında, bundan başqa Araz çayından qidalanan suvarma kanalının hər iki tərəfində salınıb. Aksiyaya 15 min sakin qatılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın