01:20 19 Noyabr 2019 34
Ana səhifə Xəbərlər

Novruz Məmmədov prorektor təyin olundu

Keçmiş Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin prorektoru təyin olunub.

Bu barədə APA TV-yə universitetin mətbuat katibi Ağa Cəfərli məlumat verib.

Onun sözlərinə görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

Sabah Novruz Məmmədov kollektivə təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin məzunu olan Novruz Məmmədov 25 il ərzində orada baş müəllim, dosent, dekan və kafedra müdiri vəzifələrində çalışıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın