12:40 14 Noyabr 2019 152
Ana səhifə Xəbərlər

O yanı qaz, bu yanı qaz, ortada etiraz - TAXTA TÜSTÜSÜNƏ QIZINAN MƏHƏLLƏ

“Bura Sumqayıt şəhərinin 76-cı məhəlləsi, Hafiz Baxış küçəsidir. Maraqlıdır ki, dalanların əksəriyyətində qaz olmasına baxmayaraq, bu dalanda qaz xətti çəkilməyib. Və burada yaşayan 30-dan çox ailə qazsızlıqdan əziyyət çəkir”.

Sakinlər deyir ki, yaşadıqları küçənin bir hissəsi qazla təmin olunsa da, digər hissəsinə qaz xətti çəkilməyib. Onlar qaz balonlarından, kiçik tutumlu balonlu qaz sobalarından istifadə etmək məcburiyyətində qalır: “Sağımız da qazdır, solumuz da. Küçəmizin də yarısına qədər qazdır. Tenderdir udub qalıb yarı da oradan bura gətirmir ki, pul verin çəkək. Kasıb adamlarıq gəlmişik bura yaşamağa pulumuz yoxdur. Biz də deyirik ki, o qazı gətirin axırınacan. Biz qoşulaq şotçikimizi qoyaq. Qardaş balonla işlənirik. Sabah bir hadisə baş versə, bir partlayış baş versə hamı tökülüb gələcək ki, partlayış oldu.

“Balonla iş görürəm. Bir aydır da qaz yoxdur. Qazsız qalmışıq. Balona da qaz vuran yoxdur. İndi biz xahiş edirik bizim qaz işlərimizə bir əlac çəksinlər”.

Qazın olmaması sakinlərə digər problemə də yol açıb. Elektrik enerjisindən istifadə məcburiyyəti. Bəziləri isə soyuq aylarda qızınmaq üçün taxta tullantılarından da istifadə edir.

Sumqayıt Qaz İstismar Sahəsindən isə şifahi olaraq bildirdilər ki, həmin ərazilər sonradan salınan yaşayış məntəqələridir və dövlət proqramına salınmayıb. Fərdi qaydada qaz xətti çəkmək istəyənlər lisenziyası olan şirkətlərlə müqavilə bağlayıb xəttin çəkilməsini təmin edə bilərlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın