20:08 06 Dekabr 2019 390
Ana səhifə Xəbərlər

Oğru qadının “Bibi planı”: dəstəni Bakıdan çağırdı və... CƏLİLABADDA

Cəlilabadda oğru dəstəsi ifşa olunub.

APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, polis rayon sakininin evini qarət edən 4 nəfəri saxlayıb. Saxlanılan şəxslər - paytaxt sakini Ziya Xasayzadə ilə yanaşı, Masallı, Ağdam və Cəlilabad rayon sakinləri - İlyas Mikayılov, Emin Məmmədov və Esmira Həsənovadır.

Hadisənin məhz Cəlilabadda törədilməsi polisdə cinayət təklifini dəstənin üzvü - yerli qadının verməsi barədə şübhələr yaradıb. Sonradan məlum olub ki, evindən 800 ABŞ dolları, 265 manat və 6690 manat dəyərində qızıl-zinət əşyasının aparıldığı xəbərini məhz həmin qadının bibisi verib.

Bakıdan Cəlilabada Emin Məmmədovun “Opel” markalı avtomobili ilə gələn dəstə üzvləri, geriyə elə həmin maşınla - həm də “əli dolu” qayıdıb.


Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın