20:40 12 Avqust 2019 32
Ana səhifə Xəbərlər

Oğulun idarə etdiyi maşın qəzaya uğradı, ata dünyasını dəyişdi

Masallıda iki vaz markalı avtomobillərin toqquşması ilə qeydə alınan ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisəsi gecəyarısı köhnə Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində qeydə alınıb. Liman şəhər sakini, 23 yaşlı Nicat Əzimlinin sükanı arxasında olduğu 10 LT 617 dövlət qeydiyyat nömrə nişanlı "VAZ 2107" markalı maşın qarşıdan gələn Masallı sakini, 44 yaşlı Mürşüd Nəsirovun idarə etdiyi 10 EC 733 dövlət qeydiyyat nömrə nişanlı "VAZ 2106" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2107"-nin sərnişinlərindən biri, 50 yaşlı Vidadi Əzimli hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi-Ekseprtiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisə zamanı yaralananlar 23 yaşlı Nicat Əzimli, 41 yaşlı Aynur Əzimli və digər avtomobilin sürücüsü 44 yaşlı Mürşüd Nəsirov Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, vəfat edən sərnişin ailəsi ilə birlikdə əsgər övladının andiçmə mərasimindən qayıdırmış. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın