19:52 05 Avqust 2020 1135
Ana səhifə Xəbərlər

Oğurluq etdi, peşman olmaq əvəzinə "sevinirəm" dedi

İmişlidə müxtəlif vaxtlarda oğurluq edən şəxslər saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Otuziki kənd orta məktəbindən polis şöbəsinə daxil olan məlumatda məktəbin kompüter avadanlıqlarının oğurlandığı bildirilib.

Keçirilən əməliyyat zamanı oğurluğu törədən kənd sakini, Musa Məlikov saxlanılıb.

Məlum olub ki, adı çəkilən şəxs məktəbdən 6 ədəd notebook və 1 ədəd rəqəmsal televizor oğurlayıb.

Saxlanılan şəxs törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib.

Həmçinin rayon ərazisində törədilən digər bir oğurluq faktının da üstü açılıb.

Belə ki, Nəsimi küçəsi 16 ünvanında yerləşən evdən 110 manat pul vəsaiti və 495 manat dəyərində mobil telefon oğurlayan Əlişir Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın