12:34 30 Noyabr 2020 155
Ana səhifə Xəbərlər

Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb

Oğuzda COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, koronavirus testinin nəticəsi pozitiv olan Tariyel Əliyevə ev şəraitində müalicə təyin edilib, karantin rejiminin qaydaları ona izah olunub.

Lakin o, qaydalara əməl etməyərək yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları onun olduğu yeri müəyyən edib və həkim briqadasının da iştirakı ilə yaşadığı ünvana geri qaytarılıb.

Tariyel Əliyev barəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın