05:20 18 Noyabr 2019 58
Ana səhifə Xəbərlər

Ordumuz bütün qoşun bölmələri ilə tapşırığı icra etdi - TƏLİMLƏRDƏN GÖRÜNTÜ

Azərbaycan Ordusunun təlimləri davam edir.

APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, təlimin üçüncü mərhələsində artilleriya və aviasiya bölmələri tapşırıqları icra edib.

Bu mərhələdə praktiki fəaliyyətlərə cəlb edilmiş birinci eşelon bölmələri məhdud görmə şəraitində şərti düşmənin hücumunu dəf edib, artilleriya və aviasiya bölmələrinin atəşi ilə maksimum zərbə endirərək taktiki qrupun hücuma keçməsi üçün əlverişli şərait yaradıb.

Gecənin qaranlığında tank, piyada, mühəndis-istehkam, hava hücumundan müdafiə və tank əleyhinə bölmələr tərkibində yaradılmış tabor taktiki qrupları ötüb keçən dəstələrlə qarşılıqlı əlaqədə hücuma keçərək müdafiəyə soxulmuş düşməni məhv edib.

Havanın işıqlanması ilə ehtiyatda olan bir neçə tabor və bölük taktiki qrupları döyüşə salınaraq raket-artilleriya və aviasiya bölmələrinin atəş dəstəyi ilə hücumu dərinliyə doğru inkişaf etdirib, itirilmiş vəziyyəti əlverişli hədlər üzrə bərpa edib.

Təlimin yekunu keçirilən zaman bildirilib ki, yaranmış vəziyyəti düzgün qiymətləndirən qərargahlar müasir döyüşün planlaşdırılması, aparılması və idarə edilməsində müsbət nəticələr göstərib, praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr gündüz və gecə şəraitində tapşırıqların yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın