17:20 14 Noyabr 2019 56
Ana səhifə Xəbərlər

Ordumuz yerdəyişmə etdi - TƏLİMLƏR DAVAM EDİR

Azərbaycan Ordusu miqyasında təlimlər davam edir.

APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, əməliyyat təlimində qoşunlar və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra edilib.

Əməliyyat təliminin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın