13:25 03 İyul 2020 353
Ana səhifə Xəbərlər

Ordumuzun bəzi bölmələri DİN əməkdaşlarına kömək edəcək - PATRUL XİDMƏTİNDƏ

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Ordumuzun bəzi bölmələri də cəlb olunub”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Ordusunun bölmələrinin xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilməsi ilə bağlı sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın