06:00 02 Dekabr 2019 33
Ana səhifə Xəbərlər

Ordumuzun Raket və artilleriya bölmələri təlimlərə başladı

Azərbaycan Ordusunun raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, təlim təsdiq etdilən 2019-cu il üçün döyüş hazırlığı planına əsasən keçirilir.

Şəxsi heyətlə poliqonlarda müxtəlif mövzularda praktiki məşğələlər də təşkil olunur. Təlimlər Raket və Artilleriya qoşunlarının idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilir.

Praktiki məşğələlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetirir.

Təlimlər zamanı Raket və artilleriya qoşunlarının bölmələri döyüş atışları icra edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın