18:12 29 İyun 2020 423
Ana səhifə Xəbərlər

Özünü polis kimi təqdim edərək dələduzluq edən şəxs yaxalandı

Özünü polis əməkdaşı kimi qələmə verərək vətəndaşların etibarından sui-istifadə edib onlardan müxtəlif məbləğlərdə pul alan şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Qaradağ rayonunun Ələt qəsəbə sakini Zamiq Əhmədov ayrı-ayrı vətəndaşlardan 50 manat məbləğində pul alaraq, onları şəhərin giriş-çıxışlarında quraşdırılan polis nəzarət postlarından yayındırıb kənar və torpaq yollarla şəhər, eləcə də bölgələr istiqamətində keçirib. Sonuncu belə əməliyyat zamanı o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Qeyd edək ki, Zamiq Əhmədov bundan əvvəl də məhkumluq həyatı yaşayıb.

Polis əməkdaşlarının keçirdiyi növbəti tədbir nəticəsində Göyçay rayon sakini, Nahid Şıxəliyev yaşadığı rayondan öz avtomobili ilə gətirdiyi həmyerlilərini Bakıya keçirmək istəyərkən yaxalanıb.

Bundan başqa, Ələt qəsəbə sakini Şamo Şamilov da ayrı-ayrı şəxslərdən aldığı pul müqabilində onları polis nəzarət postlarından yayındırıb kənar və torpaq yollarla keçirərkən saxlanılıb.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə inzibati qaydada həbs qərarı çıxarılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın