08:00 07 Aprel 2018 2535
Ana səhifə Xəbərlər

Paytaxtda parkomatlar söndürüldü: bu, kimlərə sərf edir? - ARAŞDIRMA

"Paytaxtın mərkəzindəyik. "28 May" metrostansiyasının qarşısında quraşdılıan parkomatlrin işlək vəziyyətdə olub-olmamasi ilə maraqlandıq. Ərazidə qarşımıza çıxan parkomat aparatlarının heç birinin işləmədiyinin şahidi olduq".

Öyrəndik ki, Bakıda 350-dək parkomat quraşdırılsa da, onların çoxundan istifadə olunmur. Niyəsinə gəlincə... Ya parkomatlar işləmir, ya da sürücülər bura pul ödəyib, qəbz almağa elə də maraq göstərmir. Müşahidələrimiz isə göstərdi ki, sürücülər əvvəlki kimi dayanacaq üçün ödənişi elə orda dayanan şəxsə ödəyir: "Mən parkomata yaxınlaşmıram. Xüsusi geyimdə olan nəzarətçilər özləri dərhal yaxınlaşır, onlara ödəyirik".

"Parkomat işləmir axı, niyə yaxınlaşaq?! Ümumiyyətlə bu günə qədər də parkomata ödəniş etməmişəm. Nəzarətçilərə ödəyirəm".

"Fərqi nədir ki, elə yerində ödəyirəm. Həmişə də elə ödəmişəm".

Sürücülər onu da əlavə etdi ki, nəinki mərkəzi küçə və və meydanlarda ümumiyyətlə hər yerdə parkomatlar söndürülüb. Artıq beş gündür işlək vəziyyətdə deyillər.

Məsələyə aydınlıq gətirən nəzarətçilər müsahibə verməkdən imtina etsələr də sürücülərin haqlı olduqlarını dedilər və bildirdilər ki, bundan sonra parkomatların fəaliyyəti dayandırılacaq. Niyəsinə gəlincə...

Bəs ərazidə sürücü avtomobilini park etmək istədiyi zaman nəzarətçiyə rast gəlmirsə onda məsələ necə həll olunur?

"Nəzarətçilər avtomobillərə yaxınlaşıb gördüyünüz ödəmə qəbzini ön şüşəyə yapışdırır. Qəbzdə Bakı Şəhər İcra Hakimiyyətinin adı yazılıb. Sürücü avtombilinə yaxınlaşır və parklanma saatına görə pulu elə yerindəcə nəzarətçiyə ödəyir".

Ziddiyətli məqam isə budur ki, sürücü pul ödəmək istədiyi zaman nəzarətçi ərazidə olmursa o cərimələnir. Yəni haqlı olaraq haqsız duruma düşür.

Müsahibə vermək istəməsələr də nəzarətçilərdən biri olduqca maraqlı açıqlama verdi: "Bizi tapa bilmirlərsə, biz də onlara saatına görə 10 manat cərimə tətbiq edirirk və əlimizdə olan xüsusi aparatla cəriməni onlara yollayırıq".

Nəzarətçi onu da dedi ki, yeni aparat onlara bu gün paylanılıb və bir ay müddətində sınaqdan keçiriləcək.

Bu aparatla parkomatlarda ödəniş etməyən sürücülərin avtomobillərinin şəkli çəkilir, şəkil avtomatik Dövlət Yol Polisinin bazasına göndərilir. Həmin bazada isə sürücülər üçün dayanma-durma qaydalarını pozduğuna görə elektron protokol tərtib edilir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov yeni aparatlar barədə məlumatız olduğunu bildirdi.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayevlə də əlaqə saxladıq. O bildirdi ki, müvəqqəti saxlama dayanacaqları qurumun tabeliyinə yeni verildiyi üçün məsələdən xəbərsizdir.

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən avtomobillərin ön şüşəsinə qoyulan qəbzlərdə isə cərimə ilə bağlı heç bir məlumat olmadığını gözümüzlə gördük.

Necə deyərlər, ağa da durur, ağacan da. Yəni nəzarətçilər də var, cihazlar da. Amma rəsmi qurumların heç nədən xəbəri yoxdur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın