17:18 05 Avqust 2020 340
Ana səhifə Xəbərlər

Paytaxtın Nərimanov rayonunda qətl törədən şəxs yaxalandı

Paytaxtın Nərimanov rayonunda qətl törədən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində paytaxt sakini Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun tanışı, Bakı şəhər sakini İmaməli Xıdırov saxlanılıb. İstintaq zamanı İmaməli Xıdırovun hadisəni şəxsi münasibətlər zəminində törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın