00:00 13 Noyabr 2019 59
Ana səhifə Xəbərlər

Pensiyalar yenə artacaq - VAXT AÇIQLANDI

"Pensiyaların minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır. Bunun nəticəsindən asılı olaraq artımla bağlı müəyyən qərar qəbul ediləcək".

APA TV-nin məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov pensiyaların indeksləşdirilməsinin hər il həyata keçirildiyini vurğulayıb: "Nəzərdə tutulub ki, yalnız indeksləşdirmə xərcləri hesabına pensiya məbləği artacaq. Bunun əsasında təxminən 200 manat pensiya alan şəxsin pensiyası növbəti ilin yanvar ayından sonra 27-30 manat civarında artacaq".


Himalay Məmişov yeni il bayramı ərəfəsində pensiyaların qrafikdə nəzərdə tutulan müddətdən daha tez ödəniləcəyini bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın