14:45 14 İyul 2020 234
Ana səhifə Xəbərlər

Peskov: “Kreml Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan narahatdır”

Kreml Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərindən narahatdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərin narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq”, - deyə o qeyd edib.

D.Peskov bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi nizamlanma ilə bağlı öz vasitəçilik səylərini göstərməyə hazırdır: “Bildiyiniz kimi, Rusiya XİN başçısı Sergey Lavrovun Bakı və İrəvandan olan həmkarları ilə intensiv telefon danışığı olub. Hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq".

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın