23:44 13 Avqust 2020 491
Ana səhifə Xəbərlər

Piyadanı vuraraq öldürən avtomobilin sürücüsü hadisə yerindən yayındı – ABŞERONDA

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəxsiyyəti məlum olmayan qadını avtomobil vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Piyadanı vuran avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb.

Ölən qadının şəxsiyyəti və hadisəni törədən sürücünün müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın