16:00 06 İyun 2020 598
Ana səhifə Xəbərlər

Polis Abşeronda sərt karantin rejiminin təmin olunması tədbirlərini davam etdirir

Abşeronda sərt karantin rejiminin tətbiqindən sonra küçə və prospektlərdə nəqliyyatın hərəkəti qadağan edilib.

APA TV-nin məlumatına görə, rayon polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması tədbirləri davam etdirilir.

Xatırladaq ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın