06:00 25 Mart 2020 405
Ana səhifə Xəbərlər

Polis Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda postlar qurub

Magistrallardan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonuna nəqliyyat vasitələrinin daxil olmaması üçün polis postları təşkil olunub.

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, bəzi sürücülərin xüsusi karantin rejiminin tələblərindən yayınaraq magistraldan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxta, Sumqayıt şəhəri və Abşeron rayonuna keçməyə cəhd göstərməsi hallarına rast gəlinir. Belə neqativ hərəkətlərin qarşısının alınması üçün nazirin göstərişi ilə ara və köməkçi yollarda postlar təşkil olunub.Bu postlarda Daxili Qoşunların və ərazi polis orqanlarının əməkdaşları fasiləsiz xidmət aparırlar.

Qeyd edək ki, xüsusi karantin rejimi elan ediləndən bu günə qədər stasionar postlarda bölgələrdən gələn 6164 avtomobilin paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisinə daxil olmasının qarşısı alınıb. Həmçinin bu müddət ərzində müəyyən edilmiş tələblər çərçivəsindən kənar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan bölgələrə doğru hərəkət etməyə çalışan 1746 nəqliyyat vasitəsi geri qaytarılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın