14:40 28 Fevral 2020 352
Ana səhifə Xəbərlər

Polis Kürdəmirdə çay evində əməliyyat keçirib – SAXLANILAN VAR

Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə olan “tiryək” aşkar olunaraq götürülüb.

APA Tv-nin yerli bürosunun xəbərinə görə, Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rüstəm Fərzi oğlu Rzayev şübhəli şəxs qismində saxlanılıb. Rüstəm Rzayevin icarəyə götürərək işlətdiyi Kürdəmir şəhəri, C. Cabbarlı küçəsində yerləşən “Arxın üstü” adlanan çay evində keçirilən axtarış zamanı, 1 ədəd poletilen torbada təmiz çəkisi-24,87 qram olan çətənə bitkisinin toxumları, 1 ədəd siqaret bükümü halına bükülmüş içərisində 0,80 qram narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd poletilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 65,008 qram, 10,358 qram; ümumi təmiz çəkisi 75,366 qram narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli tiryək aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Kürdəmir RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın