02:40 08 Noyabr 2019 78
Ana səhifə Xəbərlər

Polisə yeni gənclər götürülüb - NAZİR SINAQDAN KEÇİRDİ

Əlahiddə Çevik Polis Alayında (ÇPA)və Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) tabeliyindəki orqanlarında polis nəfəri vəzifəsində xidmət etmək istəyən gənclərin sıra baxışı keçirilib.

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, nazir Vilayət Eyvazov hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Ümumilikdə 368 iddiaçının arasından daha hazırlıqlı olan 238 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb.

Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın