15:20 13 Noyabr 2019 51
Ana səhifə Xəbərlər

Polisin saxladığı avtomobildən narkotik çıxdı - GƏNCƏDƏ

Gəncədə narkotik ticarəti ilə məşğul olan şəxs ələ keçib.

APA TV-nin qərb bürosunun məlumatına görə, polis şübhələndiyi “Lada Priora” markalı avtomobili saxlayıb.

Şəmkir rayon Dəllər qəsəbə sakini, 31 yaşlı Sənan Əliyevin idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı salondakı sellofan torbanın içərisindən 33 ədəd kibrit qutusunda qablaşdırılmış 295,5 qram qurudulmuş marixuana aşkar edilib: "Əməliyyat tədbirlərinin davamı olaraq Sənan Əliyevin Gəncə şəhərində kirayə yaşadığı mənzilə baxış keçirilib və oradan 8 ədəd ayrı-ayrı sellofan bükümlərdə, ümumi çəkisi 1 kq 21 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb”.

İlkin dindirilmə zamanı o, narkotik maddəni satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın