14:47 14 Dekabr 2019 418
Ana səhifə Xəbərlər

Polislə atışmaq istəyən qatı cinayətkar tutuldu - XÜSUSİ ƏMƏLİYYATLA

Paytaxtdakı mağazalardan birindən oğurluq edilib.

APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, cinayət dekabrın 12-də Xətai rayonu ərazisində törədilib.


Polisə məlumat verən sahibkara 2500 manat dəyərində zərər vurulub.


Təxirəsalınmaz əməliyyatla Bakı şəhər sakinləri Kamran Səfərəliyev və əvvəllər oğurluq, xuliqanlıq, odlu silah gəzdirmə və hakimiyyət nümayəndəsinə müqavimət göstərmə maddələri ilə dəfələrlə məhkum olunmuş Elşad Məmmədov saxlanılıb. Bu dəfə də silahlı olan Elşad Məmmədov əməliyyatçılara qarşı “Makarov” tipli tapançanı “atəş” vəziyyətinə gətirə bilib, lakin polisin çevikliyi sayəsində zərərsizləşdirilib.


Tapançadan başqa ondan 3 patron və sandıqça da götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın