10:36 23 Yanvar 2020 398
Ana səhifə Xəbərlər

Azərbaycan Prezidenti İsveçrə Prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşüb.

APA TV xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunub, BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təcrübəsi barədə fikir mübadiləsi aparılıb, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki və ümumilikdə regionun təhlükəsizliyindəki rolu vurğulanıb. Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrə toxunulub, bu münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib. Prezident İlham Əliyev ölkəmizdə reallaşdırılan bərpa olunan enerji layihələri barədə məlumat verib. Gələcəkdə turizm, nəqliyyat, kənd təsərrüfatı sahələrində də bərpa olunan enerjidən istifadənin mümkünlüyü bildirilib. Vurğulanıb ki, alternativ enerjinin Azərbaycanda böyük potensialı var.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın