15:20 10 Oktyabr 2019 18
Ana səhifə Xəbərlər

Prezident Avstriyanın nəqliyyat, innovasiya və texnologiya nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA TV xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, səfər ikitərəfli əməkdaşlığa öz töhfəsini verəcə.

Dövlət başçısı qeyd edib ki, Avstriyanın bir çox şirkətləri Azərbaycandakı tikinti layihələrində mühüm rol oynayır. Həmçinin hazırda iki ölkə nəqliyyat sektorunda əməkdaşlığın fəal mərhələsindədir və Avropa ilə Asiyanı birləşdirmək planları həyata keçirilir. Şərq-Qərb dəhlizi fəaliyyət göstərir, Azərbaycan Çindən, Mərkəzi Asiyadan yüklər qəbul edir.

Prezident deyib ki, Azərbaycan nəqliyyat sektoruna böyük həcmdə investisiya yatırıb. Altı beynəlxalq hava limanı, müasir dəmir yolu sistemi, yeni magistral yollar, Xəzər dənizində ən böyük dəniz limanı, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi və Şimaldan Qərb istiqamətində gedən yüklərin qəbulu məhz bunun nəticəsidir. Beləliklə, indi söhbət Şimal-Qərb dəhlizindən gedir. Azərbaycan bu layihədə çox mühüm rol oynayır, çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində iştirak edir. Nəqliyyat sektoru gələcək iqtisadi inkişafın hərəkətverici qüvvəsi olacaq sahələrdən birinə çevrilir.

Səmimi qəbula görə təşəkkür edən Avstriyanın Federal nəqliyyat, innovasiya və texnologiya naziri Andreas Rayxhardt isə qeyd edib ki, əsas məqsəd bəzi layihələrlə bağlı konkret ideyaları inkişaf etdirmək və Avstriyanın dünyada məşhur texnologiya şirkətlərini Azərbaycana gətirməkdir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın