01:30 09 Aprel 2021 78
Ana səhifə Xəbərlər

Prezident İƏT Baş katibini “Dostluq” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Yusif bin Əhməd əl-Osayminin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA TV-nin xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl-Osaymin “Dostluq” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Osayminə “Dostluq” ordenini təqdim edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın