17:01 12 Avqust 2020 1305
Ana səhifə Xəbərlər

Prezident İlham Əliyev Bakıya gətirilən yeni "London taksi"ləri ilə tanış olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd "London taksi"si vətəndaşlar üçün xidmətə hazırdır.


APA TV xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yeni taksilərlə tanış olub.


Dövlət başçısına yeni taksilərin xüsusiyyətləri barədə məlumat verilib.

Bildirilib ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın