03:20 20 Fevral 2020 121
Ana səhifə Xəbərlər

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşüb

Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə təkbətək görüşü olub.

APA TV xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb.

Səfər zamanı imzalanacaq çoxsaylı sənədlərin ölkələrimiz arasında əməkdaşlığın daha geniş şəkildə inkişafı üçün zəmin yaradacağı qeyd edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın