23:20 21 Noyabr 2019 70
Ana səhifə Xəbərlər

Prezident İlham Əliyev Sumqayıtda olub

Prezident İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərinə səfər edib.

APA TV-nin məlumatına görə, dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə görülən işlər haqqında məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Daha sonra Prezident İlham Əliyev Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib. Dövlət başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib.

Prezidenti İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə də tanış olub.

Ölkə rəhbəri Muğam Mərkəzinin açılışında da iştirak edib.

Dövlət başçısı Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Daha sonra Azərbaycan Prezidenti Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Dövlət başçısı tədbirdə geniş nitq söyləyib.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Şöhrət” ordenli Əməkdar müəllim Ofeliya Babayeva, “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nazim Talıbov, 1 nömrəli poliklinikanın baş həkimi Arzu Bəndəliyeva, Əməkdar inşaatçı Maqsud Maqsudov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov çıxış ediblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın