07:20 09 Oktyabr 2019 79
Ana səhifə Xəbərlər

Prezident İsveçrə Kantonlar Şurasının sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA TV-nin məlumatına görə, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev bu səfərin əlaqələrin gələcək inkişafı üçün önəmini vurğulayıb.

Dövlət başçısı münasibətlərin təkcə siyasi dialoqla məhdudlaşmadığını, iqtisadi sahədə, sərmayə qoyuluşunda da yaxşı nəticələri sadalayıb. İsveçrənin "Holcim" şirkətinin Azərbaycana yüz milyonlarla investisiya yatırdığı qeyd olunub.

İsveçrə Kantonlar Şurasının sədri Jan-Rene Furniye səfəri əməkdaşlığı dərinləşdirmək üçün fürsət kimi səciyyələndirib. Azərbaycan parlamenti ilə əlaqələri təkmilləşdirmək və gücləndirilməyin vacibliyini önə çəkib.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və köçkünə çevrildiyini, onların sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini bildirib.

İsveçrəli qonaq Azərbaycana səfərindən məmnunluğunu və ölkəmizdə inkişaf etmiş infrastrukturun şahidi olduğunu bildirib.

Görüşdə Azərbaycanla İsveçrə arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlar, maliyyə təsisatları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, dövlət idarəçiliyinin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi aparılmasının vacibliyi qeyd olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın